«

»

Şub 11

Makaleler/ Articles

Qidalar və qidalanma vərdişləri uşaqların psixi və fiziki sağlamlığında açar rolunu oynayır.

Pharmetic Sağlık Yıl:2 Sayı:6 (2010)

Dr. N. Cem Kınacı.

Clinician, Medical Academy for Pediatric Special Needs – USA

Defeat Autism Now! Physician, Autism Research Institute – USA

Consultant Physician, Autism Treatment Plus – United Kingdom

Consultant Physician, “Unionhealth” Terapijski Centar – SERBIA

Consultant Physician, “HBOT Clinic Aymed” Tirana – ALBANIA

Consultant Physician, “Mərkəzi Klinika” Bakı Ambulatoriyası – AZERBAIJAN

Nuclear Medicine Physician, “GISBIR” Sağlık Merkezi Hastanesi – TURKEY

Qidalarda istifadə olunan dadlandırıcıların çoxu sintetik kimyəvi maddələrdən hazırlanır. Dadları və qoxuları təbii qidalarla eyni olduğundan əlavə olunduqları qidalarda hiss olunmur. Bütün dünya bazarlarında satılan meyvə suları və qazlı sularda şəkər istifadə olunur. Qida dəyəri olmadığı halda həddindən çox enerji yüksəlməsi yaradır.

Hər ailənin genetikası uşaqlarında əks olunur. Bu səbəblə ana və atanın geni mutasiyaya uğrayıbsa bənzər vəziyyət uşaqlarda ehtimal oluna bilər. Məsələn autizmə səbəb ola biləcək 300-dən artıq gen müəyyən edilib. Təbii ki, bunların yalnız bir qisminə bu uşaqlarda və ailələrində rast gəlinir. Burada diqqəti çəkən məqam odur ki, uşaqlarda rast gəlinən gen mutasiyaları ailədə olmayıb yalnız uşaqda olmasıdır. Bu nəticəyə gətirib çıxaran səbəb isə çox açıqdır: ekoloji faktorlar. Bunların da başında yanlış qidalanma durur.

Bir çox uşağın gündəlik qida rasionunun da yüksək miqdarda şəkər, rafinə olunmuş nişasta, asitli içkilər, süni yağlar, qida boyaları, müxtəlif qatqı maddələri və qoruyucu maddələr olur. Bu qidalanma tərzi çox yüksək enerjini əhatə edir və eyni zamanda təməl qida maddələrindən əskik qidalanma sistemi deməkdir. Ölkəmizdə “abur-cubur” olaraq bilinən, xarici dildə “junk food” adlanan bu qidaların heç bir qida dəyəri daşımadığı məlumdur. Bu qidalar övladlarımızın öyrənmə bacarıqlarında, psixi hallarında və davranışlarında dalğalanmalara səbəb olur. Zəif qidalanma zəif sağlamlıq deməkdir. Çox zaman hazırlanması və alınması rahat olan hazır qidalarla övladlarımızın sağlamlığını öz əllərimizlə zədələyirik. Bu cür qidalanma ilə bədənimizin və beynimizin yaşamaq funksiyası üçün vacib olan qidaları ya əskik ya da heç qəbul etmirik.

Tədqiqatçılar qoruyucu maddələri əhatə edən qidaların aqressiya, hiperaktivlik və davranış problemlərinə səbəb ola biləcəyini göstərmişlər. Avropa birliyi 15 iyun 2010-cu il tarixindən etibarən azoboyalar, endokrin pozucular və ağır metalları əhatə edən qidaların etiketlərində bu maddələrin varlığının bildirilməsinin vacib olduğunu qeyd etmişlər. Qida boyası olaraq istifadə olunan E-102, E-104, E-110, E-122, E-124, E-129 nömrəli boyaların autizim, diqqət əskikliyi, hiperaktivliyə yol açdığını isbat edən elmi yayınların olduğu üçün, bu qida boyalarını əhatə edən qidaların etiketlərində bu vəziyyəti bildirən ibarələrin yazılmasını məcburi hala gətirmişlər.

Yağ faizi aşağı olan bir çox qatıqlarda da adətən süni dadlandırıcı və ya oxşar maddələr istifadə olunur. Bu səbəblə də qida dəyəri aşağı olur. Təbii pribiotik olan qatığın rəf ömrü uzansın deyə içərisinə vurulan qoruyucular həzm və immun sistemimiz üçün çox vacib olan pribiotik xüsusiyyətini itirir.

Hazır yeməklərin  də sağlamlıq üçün təhlükəli olduğu tədqiqatlar nəticəsində sübut olunub. Qoruyucular dəri və sümük tozları ve oxşar hiyləli  maddələr ucuz olsun deyə istifadə olunur.

Fast foodlar adətən qızğın odda bitki yağları ilə hazırlanır. Bu zaman bitki yağlarında zərərli yağ asitləri meydana gəlir.

Supermarketlərdə normadan iri meyvə və tərəvəzlər satılır. Bunlar daha az vitamin və mineral, tamamilə lazımsız hormon deməkdir. Son dövrlərdə bunlara geni dəyişdirilmiş orqanizimlər də əlavə olunmuşdur. (GDO)

Qidalarda istifadə olunan dadlandırıcıların çoxu sintetik kimyəvi maddələrdir. Dadları və ətirləri əsilləri ilə eyni olduğu üçün fərq hiss olunmur. Bütün dünya bazarlarında satılan meyvə suları və qazlı içkilərdə yüksək faizdə şəkər istifadə edilir. Bu da qida dəyəri olmadığı halda orqanizmi enerji ilə yükləyir. Məsələn: 330ml colada 25 qr. şəkər var. Tərkibində şəkər yoxdur yazılan məhsullar da isə süni dadlandırıcılar var. Bütün bu qidalar uşaqlar üçün xüsusilə təhlukəlidir. Mütəmadi istifadə olunduğu halda bədəndəki mineral səviyyəsi aşağı enir. Xatırlayın, rafinə olunmuş şəkər bir neçə yüz il əvvəl insan həyatında yox idi. Hələ kəşf olunmamışdı. Yəni 5000 ildən uzun bir zaman kəsiyində insan həyatı üçün lazım deyildi. Bu baxımdan şəkəri həyatımızdan çıxardığımız təqdirdə heç bir şey itirmiş olmarıq.

Uşaqlarımız şəkər və nişastalı qidalara aludə ola bilərlər. Rafinə olunmuş nişastalı və şəkərli qida övladlarımızın beyin, həzm və immun sisteminə zərər verir. Nəticədə enerji dalğalanmaları, öyrənmə çətinliyi, davranış problemləri kimi vəziyyətlər yaranır. Eyni zamanda bu qidalar bağırsaqda zərərli bakteriyaları bəsləyərək bağırsaq florasının pozulmasına yol açır. Bu halda isə bağırsağın keçiriciliyi pozulur və orqanizm üçün lazım olan vitamin və mineralların qəbulunda problemlər yaranır. Beləliklə də həm orqanizmin biokimyası pozulur, həm də immun sistemi zəifləyir.

Övladlarımız sızma zeytun yağı əvəzinə hidrogenizə yağlar olaraq bilinən yağlarla hazırlanan qidalar yeyir, rafinə olunmuş, bir çox mərhlədən keçən hazır keks, peçenye və başqa qidalar yeyir. Amma onlara beyninin inkişafı və lazımi funksiyalarını yerinə yetirməsi üçün  Omeqa 3 (epa-deha), Omeqa 6 kimi təməl yağlar (esensial yağlar) lazımdır. Bunlar orqanizm tərfindən istehsal oluna bilmədiyi üçün onları  qida yolu ilə almağımız vacibdir. Esensial yağlar üçün ən yaxşı mənbə dəniz məhsullarıdır. Amma son 20 ildəki kirlənmə bizi bundan da məhrum edir. Bunun üçün ağır metallardan təmizlənmiş yağlar istehsal olunmalıdır.  Son tədqiqtlar göstərir ki, immun sistemi, ürək və beyin sağlamlığı üçün uşaqlarımıza verdiyimiz Omeqa 3 onların tez oxuma, hesablama, diqqət və hafizələrində olan problemlərinin həllinə kömək edir.

Qidalar və qidalanma vərdişləri uşaqların psixi və fiziki sağlamlıqlarında açar rolunu oynayır. Bunun üçün uşaqların psixi və fiziki sağlamlıqlarını qorumaq naminə onlara yedirtdiyimiz qidalar haqqında ətraflı məlumata sahib olmalıyıq.

Bununla belə qidalar qədər onların saxlanma şəraiti və qablaşdırılması da vacib məsələdir. Mümkün qədər təbii qidalardan istifadə olunmalı, rəf ömrü uzadılmış, tərkibində boya, antibiotik, hormon, qoruyucu kimi qatqı maddələri olan ərzaqlardan uzaq durmalıyıq. Bunu gələcək nəsillərimiz üçün etməliyik. Tezliklə ölkəmizdə xəstəliklərin deyil, xəstələrin müalicə edilməsini hədəfləyən fərdi müalicə üsulları ön plana çıxacaq. Bu müalicələr formalaşdırılarkən ön plana qidaların genlərimizə təsiri çıxarılacaqdır. Belə yanaşma nəticəsində mutassiyaya məruz qalmış genlər by-pass olunacaqdır. Beləliklə də genetik mutassiya ilə bağlı bir çox xəstəliklər ya qismən ya da tamamilə müalicə olunacaq.

Bir Cevap Yazın