«

»

Şub 11

Makaleler/ Articles

Autizmin səbəbləri və əmələgəlmə mexanizmi

Pharmetic Sağlık Yıl:2 Eczacılık Günü Özel Sayısı:5 (2010)

Dr. N. Cem KINACI

Clinician, Medical Academy for Pediatric Special Needs – USA

Defeat Autism Now! Physician, Autism Research Institute – USA

Consultant Physician, Autism Treatment Plus – United Kingdom

Autizim genetik təməli olan, infeksiyalar, toksiki kimyəvi maddələr, hipoksiya, qidalardakı protein və peptitlərlə sürətlənən ümumi inkşaf pozğunluğuna yol açan kliniki tablodur.

Autizmin öndə gələn səbəbləri arasında öncəliklə ağır metallar, antibiotiklər və digər kimyəvi toksiki maddələr, infeksiyalar (qızılca, HHV, CMV, Streptococcus, Clostridia), doğum öncəsi, sırası və sonrasında oksigensiz qalma və beyin qan axımında azalmanı göstərmək olar. Genetik meyillilikləri (tək-nükteotid polimorfizmləri) səbəbindən toksinlər və infeksiyalarla yetərincə mübarizə apara bilməyən uşaq orqanizimində bir sıra bir-birinə bağlı mexanizimlərin təsiri ilə autizim tablosu yaranır. Bağırsaq  mayesi və enzimləri azalır, həzm pozulduğu üçün qida ilə alınan proteinlər lazımi qədər parçalanmadan (polipeptid) qana keçir. Bu polipeptitlər toxumalarda və beyində morfin təsiri göstərir.

Bağırsaqda faydalı mikrob balansı pozulur, bunu yerinə xəstəlik törədən mikroorqanizmlərdən çıxan metobolitlər həzm sistemində iltihaba yol açır. Bağırsaq hüceyrələrinin keçiriciliyi artır və normal halda qana keçməyən toksinlər də qana keçir.

Digər tərəfdən bağırsaq hüceyrələrinin funksiyası pozulduğu üçün proteinlərə bağlı mineral və vitaminlər də qana keçə bilmir. Bunun nəticəsində bir çox vitamin, mineral və digər qida maddələrinin əskikliyi yaranır. Yağların həzminin azalması, yağ və yağda əriyən vitamin və qida maddələrinin (A,D,E,K vitaminləri və likopen) qana keçməsi azalır.

İmmun sisteminin zəifləməsi, sinir sistemi iltibahının çoxalması,  enzimatik reaksiyaların zəifləməsi, allergik reaksiyalar, hormonal yetərsizliklər, sinir ötürücülərinin funksiyalarının pozulması və toksinlərin beyin və digər orqanlar üzərində olan təsirləri sonda ümumi inkişaf pozğunluğuna yol açır.

Bu toksinlərin bəziləri nəfəs alıb-verdiyimiz evlərin havasında, xalça, mebel, elektrik əşyaları, hətta pəncərə çərçivələrində də mövcuddur. Xüsusilə balıqlarda, bəzi peyvəndlərdə, kosmetikalarda, paltar yumşaldıcılarında, oyuncaqlarda və bir çox mənbələrdə ağır metallar var. Bu toksinlər başda uşaqlar olmaqla bütün ev əhlinin davranışına mənfi təsir edir. Yaş nə qədər azdırsa və beyin nə qədər az inkişaf edibsə təsir bir o qədər böyükdür.

Hamımız ətraf aləmdən ağır metallar alırıq. Amma sağlam metobolizmaya sahibiksə bunu bədənimizdən ata bilirik. Ancaq autizimli uşaqlar sahib olduqları gen polimorfizimləri səbəbilə bunu yetəri qədər həyata keçirə bilmirlər. Onların aldıqları toksinlər yağla zəngin toxumalarda toplanır. Beyin yağ baxımından ən zəngin  toxumadır. Beləliklə beyində toplanan toksik maddələr müxtəlif dərəcələrdə zədələr əmələ gətirir.

Gen polimorfizimləri on min illərdir ki var. Ancaq bu hal heç vaxt autizmə səbəb olmayıb. Ancaq son 50 ildə artan ekoloji kirlilik səbəbilə autizmin artmasında bir partlama əmələ gəlib. Əgər bu ekoloji faktorlar olmasa təkcə gen polimorfizimləri autizmə səbəb ola bilməz.

Bir çox həkimlər autizm sindromlu uşağın valideynlərinə autizmin bilinən bir səbəbi olmadığını, heç bir zaman düzəlməyəcəyini söyləyir, uşaqlara müxtəlif cür dərmanlar verir və özəl təlimdən başqa bir yol olmadığını deyirlər.

Təbii ki, əsas səbəb aradan qalxmasa , akademik təlimdən gözlənilən yarar sizi hədəfə çatdırmayacaq. İllərlə davam edən fəaliyyətlər valideynləri bir tərfədən maddi zərərə, digər tərəfdən ümidsizliyə sövq edir.

Son ilərdə aparılan araşdırmalarda autizmin gizli qalan məqamları açılır. Çox sayda araşdırmada autistik uşaqlarda beyin qan axımında azalma, sinir sistemi iltihabı, immun sisteminin zəifliyi,oksitativ stress, sinir ötürücülərinin zəifliyi, toksin təmizləmə problemi və bağırsaq florasının pozulduğu göstərilir.

DAN (Defeat Autizm Now) protokolunda ifadəsini tapan bu elmi yanaşma son bir neçə il ərzində öz müsbət nəticələrini göstərir. Hamısı olmasa da bir çox sayda uşaqlar (HBOT, detoksifikasiya və şelasyon, vitamin-mineral dəstəyi, biofilm müalcəsi ilə önəmli irəliləmə əldə ediblər. Autizimdən qurtulmağı bacaran uşaqların sayı gün-gündən artır.